AZ

ABŞ Meksika ilə sərhəddə əlavə qüvvələr yerləşdirəcək

ABŞ Silahlı Qüvvələri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Meksika ilə sərhədin qərb hissəsinə əlavə olaraq 1,5 min əsgər, helikopter və hərbi kəşfiyyat bölmələri yerləşdirəcək. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri vəzifəsini icra edən Robert Salessesin bəyanatında deyilir: “Müdafiə Departamenti aşkarlama və müşahidə imkanlarını artırmaq üçün əlavə 1500 quru qoşunu, habelə əlaqəli ekipajlar və kəşfiyyat analitikləri olan helikopterlərlə cənub-qərb sərhədindəki qüvvələrini genişləndirməyə başlayacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
3
42
konkret.az

10Mənbələr