ABŞ Ordusu Almaniyada keçirilən “Combined Resolve” təlimi zamanı “Next Generation Tactical Vehicle-Hybrid” (NGTV-H) hibrid pikap yük maşınının sınaqlarına başlayıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, yüngül kəşfiyyat maşını “GM Defence” tərəfindən hazırlanıb. “Chevrolet Silverado”-nun şassisi əsasında hazırlanan avtomobil standart “Duramax” dizel mühərriki və elektrik mühərrikləri ilə təchiz edilib: “Ukraynada münaqişə davam etdikcə əsgərlər daha səssiz maşınlara ehtiyac olduğunu anlayıblar. “NGTV-H” kimi hibrid elektrik avtomobil texnologiyaları səssiz gedişi təmin edir”, deyə “GM Defence”nin nümayəndəsi bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az