Donald Trampın rəhbərlik etdiyi Amerika administrasiyası bütün dünyada sülhün bərqərar olmasına çalışacaq, lakin müəyyən münaqişələrin qarşısını almaq üçün milli maraqlarını və dəyərlərini qurban verməyəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.
“Bütün ölkələr öz milli maraqlarını müdafiə etməklə məşğuldur. Ümid edirəm ki, milli maraqlarımızın üst-üstə düşdüyü yerdə biz birlikdə işləməyə çalışacağıq”, - o bildirib.