Yanvarın 22-də Davosda Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi" imzalanıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sazişin imzalanması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü çərçivəsində baş tutub.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.