AZ

Gəncləri siyasi təxribat alətinə çevirmək istəyən qüvvələr hələ də var...

Image

Bütün cəmiyyətlərdə gənclər əsas aparıcı gücə malik olduğu üçün onların fəaliyyəti, addımları daim diqqətlə izlənilir. Ümumiyyətlə, həm müsbət, həm də neqativ proseslərə gənclərin cəlb edilməsi, əsas aparıcı xəttə çevrilməsi hər zaman müşahidə edilir. 

Gənclər uğrunda yaxşılarla pislər arasında mübarizə gedir. Bilirik ki, dünyanın ayrı-ayrı yerlərində iri mərkəzlər var və bu mərkəzlər ölkələrin daxilində ideoloji təxribatlar törətməyə meyl göstərirlər. 

Məsələn, müəyyən sosial-iqtisadi məsələlərlə bağlı insanların narazılıq etməsi ətrafında bəzi ideoloji mərkəzlər təbliğat qururlar. Bunu bütün ölkələrdə edə bilirlər. Çünki məqsədləri pozuculuqdur. Pozucu, təxribatçı mərkəzlər bir sıra hallarda o təxribatların təsiri altına bizim gənclərimizi də sala bilirlər, ya vəlvələdən, ya zəlzələdən bəzi gənclərimiz onların təbliğatının təsirinə düşürlər. Gənclərin ideoloji təxribat, ideoloji təbliğat, pozuculuq mərkəzlərinin fəaliyyətlərinin təsiri altına düşməsi, zorakı aksiyalara meylləndirilməsi, bəzi gənclərimizin bu işlərə uyması nəyin nəticəsidir?

Ekspertlərin sözlərinə görə, bəzən ictimaiyyətin ürəyindən olmayan kiçik hadisələr baş verir və belə hadisələr zamanı da ideoloji təxribat mərkəzləri gəncləri hədəfə alır, onları bu işə cəlb etmək istəyirlər. Təəssüf ki, bəzi hallarda buna nail olurlar da. Gənclər də belə təxribatçı mərkəzlərin fəaliyyətinə qoşulub onların daşıyıcısına çevrilə bilirlər. Bu nədən qaynaqlanır? Gənclərin savadsızlığından, yoxsa başqa mexanizmlər var?

“Onlar gənclərin emosionallığından, passionarlığından, gənclərin mobilliyindən...”

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə bildirdi ki, gənclər bütün cəmiyyətlərdə əsas aparıcı qüvvədir: “Çünki cəmiyyətin ən emosional, energetik təbəqəsi məhz gənclərdir. Bu baxımdan, maraq qrupları bu və digər məqsədlərlərlə hansısa bir ölkəyə, hansısa bir cəmiyyətə təsir etmək istədikdə məhz gənclərlə daha çox işləyirlər. Onlar gənclərin emosionallığından, pasionarlığından, gənclərin mobilliyindən, daha çox innovativ, cəlb edici, çəkici şüarlara meyilliyindən məhz istifadə edirlər. Azərbaycanda gənclərin böyük uğur hekayələri var. Şübhəsiz ki, ən böyük uğur hekayəsi məhz Azərbaycan gənclərinin ölkə rəhbərliyi ətrafında sıx birləşərək çox b öyük bir tarixi uğura imza atdılar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa oldu, şərəf tarixinə imza atıldı. Azərbaycan gəncləri dünya gəncləri içərisində mübağiləsiz demək olar ki, lider gənclərdir. Azərbaycan gəncləri intellektual səviyyəsinə, idman göstəricilərinə, eyni zamanda şərəfli tarix yazmalarına görə dünya gəncləri arasında ən üstün mövqedə durur. Bizim belə bir gəncliyimiz var. Şübhəsiz, bütün cəmiyyətlərdə  olduğu kimi, bizim cəmiyyətin də bəzi qayğıları var, o qayğılar da qeyd etdiyim kimi, müxtəlif ölkələrdə bu və digər şəkildə özünü göstərir. Azərbaycanda gənclər ölkə əhalisinin təqribən 21 faizini təşkil edir. Düzdür, 10 il əvvəl Azərbaycanda gənclərin sayı ölkə əhalisi içərisində daha çox idi, yəni 29-30 faiz idi. Bu o deməkdir ki, gənclərin ölkə əhalisi içində sayı xeyli azalıb. Bu həm də Azərbaycanda təbii artımda bir qədər ləngimə  ilə izah olunur. Qeyd etdiyim kimi, bəli, gənclərin bəzi qayğıları var. Azərbaycanı hədəf seçən təzyiq mərkəzləri, güc mərkəzləri məhz  bu qayğılardan istifadə edərək gənclərdən bir alət kimi yararlanmaq istəyirlər. Bilirsiz ki, rəsmi dövlət statistikasına istinad etsək görərik ki, ölkəmizdə təqribən 5, 6 faiz işsizlik statistikası var. Amma gənclər arasında işsizlik faiz nisbətilə bir qədər çoxdur. Yəni 11 faiz ətrafındadır. Yəni bu məsələdən, gənclərin bu qayğılarından bəzən müxtəlif mərkəzlər istifadə etmək, gəncləri öz tərəflərinə çəkməyə çalışırlar, Azərbaycana məhz gənclərin vasitəsilə təsir göstərmək istəyirlər. Ona görə də, Azərbaycan xarici mərkəzlərin gənclərimizə yönəlik cəhdlərinin fərqindədir. Çünki biz bilirik, Azərbaycan elə geosiyasi bir mövqedə yerləşir ki, belə ölkələrdə həmişə qlobal güc mərkəzlərinin marağı var. Bu mənada fərqli sosial üsullarla, o cümlədən də, daha çox gənclər vasitəsilə bölgəyə, ölkəyə təsir göstərmək istəyirlər. Biz bu imkanı, fürsəti həmin güc mərkəzlərinə tanımamalıyıq. Dövlətin, hökumətin gənclər siyasəti ilə bağlı aydın bir yol xəritəsi var. Gənclər haqqında qanun var, ölkəmizdə gənclər strategiyası fəaliyyət göstərir”.

“Gənclərin bütün problemlərinin həll olunmasına çalışmalıyıq”

Ü.Şəfiyev qeyd etdi ki, bununla yanaşı, ölkə gənclərinin özünəməşğulluq məsələləri ilə bağlı sosial layihələr, gənclərin mənzillə təmin olunması ilə əlaqədar hökumətin sosial dəstək proqramları mövcuddur, güzəştli mənzillər fondu var, gənclərin bəlli bir kateqoriyalarını əhatə edir. “Əlbəttə, yaxşı olardı ki, bu daha böyük gənclər kateqoriyasını əhatə etsin. Eyni zamanda bu gün gənclərin məşğulluğu, onların karyerası ilə bağlı dövlət proqramları var, Azərbaycan gənclərinin bir qismi dövlət dəstəy ilə xaricdə təhsil alırlar. Bu da gənclərin karyerasının, onların gələcək həyatlarının təminatı ilə bağlı dövlət tərəfindən göstərlən çox böyük dəstəklərdən biridir. 

Amma bütövlükdə nəzərə alsaq ki, qeyd etdiyim kimi, Azərbaycan çxc böyük geosiyasi güclərin marağındadır. Bu baxımdan, da bilməliyik ki, bizim gənclər həmişə məhz həmin qüvvələrin marağın olacaqlar. İstəyəcəklər ki, Azərbayacana təzyiq   vasitəsi kimi həmişə gənclərdən istifadə etsinlər. Biz isə öz növbəmizdə gənclərin bütün problemlərinin həll olunmasına çalışmalıyıq. Onların həm mənzil-məişət, həm təhsil, ödənişli məşğulluq məsələləri təmin olunmalıdır. Paralel olaraq gənclərin təlim-tərbiyyə işi, vətənpərvərliklə bağlı məsələlər gücləndirilməlidir. Bu iş həm ailələrdə, həm orta və ali məktəblərdə getməlidir. Kütləvi informasiya vasitələrinin köməyindən də istifadə edərək gəncləri yad təsirlərdən, pis vərdişlərdən qorumağa çalışmalıyıq. 

Yeri gəlmişkən, ölkə başçısının  2018-ci ildə imzaladığı uşaq və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı qanunda məhz bu baxımdan çox maraqlı məqamlar var. Məhz bu, gənclərin, yeniyetmələrin zərərli informasiyadan, eyni zamanda kənar təsirlərdən qorunmasına hesablanmış bir addımdır. Eyni zamanda Azərbaycanda həmişə istər dini konfensional, istərsə də ideya, siyasi baxımdan kənar müdaxilələr təhlükə, təhdid yaradır. Çünki bizim qonşularımız fərqli-fərqli  istiqamətlərdə siyasət yürüdürlər. Bu qonşular da təbii ki, Azərbaycana başqa münasibətdədir. Bu baxımdan, biz gənclərimizi siyasi, ideoiji baxımdan Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməliyik, vətənpərvərlik ideyaları ilə daim maarifləndirməyə çalışmalıyıq”.

Ü.Şəfiyev onu da yenə qeyd etdi ki, gənclərin düşüncəsini ideoloji məsələlərlə təmin etməklə yanaşı həm də onların sosial qayğıları da sıradan çıxarılmalıdır. Alim hesab edir ki, dövlət gənclərin sosial problemlərinin həllini, işlə təmin edilmələri və sair məsələləri daim diqqətdə saxlamalıdır. “Görsənən odur ki, Azərbaycanda gənclərin çoxc böyük potensialı var. Bunu ən intelektual yarış olan şahmat yarışları sübut edir. Eyni zamanda idmanda, eləcədə intellektual yarışlarla və sairdə Azərbaycan gəncləri öz potensialını ortaya qoyur”-deyə Ü.Şəfiyev qeyd etdi.

İradə Sarıyeva
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
8
31
baki-xeber.com

10Mənbələr