Türkiyənin “Qalatasaray” klubu futbolçusu Vilfrid Zahanı ABŞ-nin “Şarlott” klubuna icarəyə verib.
“Qafqazinfo” İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fil dişi sahilindən olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.
Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.