AZ

“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verdi

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Vilfrid Zahanı ABŞ-nin “Şarlott” klubuna icarəyə verib.

Yenicag.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kot-d’İvuardan olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib./Azertag/

Seçilən
10
50
yenicag.az

10Mənbələr