ABŞ prezidenti Donald Tramp daha yüksək prioritetlərə görə Ukraynadakı münaqişənin həllini gecikdirə bilər...
Poliqon xəbər verir ki, bu fikri “RİA Novosti” Agentliyinə müsahibəsində rusiyalı filosof, politoloq və sosioloq Aleksandr Duqin deyib.
Duqinin sözlərinə görə, Ukraynada nə olursa olsun, hamı bədbəxt olacaq: ukraynalılar, ruslar, avropalılar...
“Tramp bu məsələni tamamilə kənara qoymağın daha yaxşı olacağını başa düşəcək qədər praqmatik və ağıllı bir insandır”, deyə Duqin bildirib.
Poliqotoloq hesab edir ki, Tramp miqrasiya, korrupsiya problemi, Avropa ölkələri və Çinlə ticarət əlaqələri, yeni ərazilərin ABŞ-a birləşdirilməsi kimi digər problemləri həll etmək üçün prezident olub. Eyni zamanda, Duqin qeyd edib ki, Ukraynadakı münaqişənin 24 saat ərzində həlli ilə bağlı söhbətlər “şounun bir hissəsidir”.
Qeyd edək ki, yanvarın 22-də Tramp Moskvanın Ukraynadakı münaqişəyə son qoymayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsi barədə xəbərdarlıq edib. ABŞ prezidenti ABŞ-nin bütün Rusiya ixracatına yüksək gömrük rüsumları tətbiq edə biləcəyini söyləyərək, ən qısa zamanda razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Poliqon.info