AZ

Kolumbiya ABŞ mallarına 25% cavab rüsumları tətbiq edir

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dan idxal edilən mallara 25% cavab rüsumunun tətbiq ediləcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, Kolumbiya prezidenti bu barədə X sosial şəbəkəsində yazıb.

Petro bundan əvvəl deportasiya olunmuş kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan etmişdi. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp bildirib ki, Kolumbiyadan gələn mallara 25 faizlik gömrük rüsumları tətbiq edilsin, bir həftə ərzində isə 50 faizə çatdırılsın.

"Qiymətləri artacaq Amerika məhsulları yerli istehsal məhsulları ilə əvəzlənməlidir və hökumət buna kömək edəcək" deyən Kolumbiya prezidenti sosial mediada yerli məhsulların digər ölkələrə ixracını da genişləndirməyə çağırıb xaricdəki Kolumbiya icmalarını buna töhfə verməyə dəvət etdi.

Donald Tramp açıqlamasında Kolumbiya prezidentinin miqrantları daşıyan təyyarələrin enişinə icazə verməməsinin “ABŞ-ın milli təhlükəsizliyini və ictimai təhlükəsizliyini pozduğunu” vurğulayıb. Trampın sözlərinə görə, bütün Kolumbiyalı rəsmilərə, eləcə də ABŞ-a giriş qadağan ediləcək və onların vizaları dərhal ləğv ediləcək. Amerika prezidentinin bu sözlərindən sonra Qustavo Petro ABŞ-dan deportasiya olunmuş kolumbiyalıları götürmək üçün öz təyyarəsini göndərəcəyini açıqlayıb.

Poliqon.info

Seçilən
4
26
poliqon.info

10Mənbələr