Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
İdman.biz xəbər verir ki, baş məşqçi İlqar Aslanov səfərə 2-si qapıçı olmaqla 12 futzalçı aparacaq.
B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə;
Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə.
Qeyd edək ki, bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
İdman.biz