AZ

Davosda etibarlı biznes tərəfdaş kimi Azərbaycanın şəffaf investisiya mühitinin nümayişi – ŞƏRH

Bakı. Trend:

Dünya İqtisadi Forumu çərçivəsində “OliverWyman Group”, “TheGoldman Sachs Group İnc.”, “DP World”, “Carlsberg Group” kimiqlobal biznes nəhənglərinin Prezident İlham Əliyevlə görüşistəkləri ölkəmizdə sabit, təhlükəsiz şəraitin, güvənilirinvestisiya mühitinin, habelə şəffaf idarəetmə formatının artıq tamşəkildə bərqərar olunduğunu və bunun qlobal miqyasda qəbuledildiyini bəyan etmiş oldu.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, görüşlərdə Azərbaycanın yaratdığıiqtisadi reallıqlar çərçivəsində şirkətlər tərəfindən müxtəlifistəklər səsləndirilib:

“Təsadüfi deyil ki, beynəlxalq biznes mühitində strateji mövqeyəmalik şirkətlər Azərbaycanın iqtisadi transformasiya prosesininsığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı,enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahəsindəkeçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına,bölgədə yeni ticarət imkanlarını əhəta etməklə dəyər zəncirininlokallaşdırılmasına maraq göstərdiklərini açıq mətnlə birbaşadövlət başçımızın diqqətinə çatdırıraq ondan bu istiqamətdə dəstəkricası etdilər.

Görüşlər zamanı Prezident İlham Əliyevin ifadə etdiyi mövqe isədeməyə əsas verir ki, regionda baş verən iqtisadi proseslərin millimaraqlar rəhbər tutularaq çoxsaylı yeni layihələr çərçivəsindəqlobal biznes dairələri ilə tərəfdaşlığın inkişafı istiqamətindəbeynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımındandəyərləndiriləcək və tərəfdaşlıqların genişlənməsi və inkişafıistiqamətində potensial imkanlar araşdırılacaq”.

B.Məhərrəmov vurğulayıb ki, Davos İqtisadi Forumunun Azərbaycanüçün kifayət qədər ciddi uğurlarla başladığını əminliklə deməkolar.

“Azərbaycana aydındır ki, bu tədbir dünyanın iqtisadimənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobaliqtisadiyyata və siyasi proseslərə yeni istiqamət verir. Prezidentİlham Əliyevin Davos tədbirinin ilk günündə zəngin qrafiki Bakınınartıq dünya ilə yeni tendensiyaların dilində danışmağı bacardığınıgöstərir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasındabildirib ki, Prezident İlham Əliyevin Davosa budəfəki səfəri dəuğurla yadda qaldı:

“Səfər çərçivəsində dövlət başçısı bir sıra ölkə və qlobalşirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Ən çoxdiqqətçəkən məqam isə bu görüşlər məhz qarşı tərəflərinmüraciətləri əsasında baş tutub. Bu, Azərbaycan dövlətinin və onunrəhbərinin qlobal siyasətdə və iqtisadiyyatda gündən-günə artannüfuzunun və etimadının göstəricisidir”.

Millət vəkili əlavə edib ki, Davos İqtisadi Forumu bütüniştirakçılar üçün olduğu kimi Azərbaycan üçün də özünü təqdimetməvə yeni əməkdaşlıqların qurulması üçün çox əhəmiyyətli birplatformadır:

“Dövlət başçısının bir çox beynəlxalq şirkətlərin rəhbərləri iləolan bu görüşləri həmin şirkətlərin ölkəmizə olan marağından irəligəlir. Bu görüşlərin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalqşirkətlər Azərbaycanın iqtisadi potensialı, biznes mühiti ilə tanışolur və investisiyaların yatırılması ilə bağlı məsələlər üzərindədüşünürlər. Çünki Azərbaycan bu gün investisiyaların yatırılmasıüçün çox əlverişli ölkədir. İqtisadiyyatımız dinamik inkişaf edir,siyasi sabitlik, ələlxüsusda kommunikasiyaların əlçatanlığı təminolunub. Bu baxımdan beynəlxalq şirkətlərin Azərbaycanla əməkdaşlıqetməkdə maraqlarının artması normaldır”.

M.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevlə görüşlər zamanışirkət rəhbərləri ölkəmizdə görülə biləcək işlərlə bağlı təkliflərdə irəli sürüblər.

“Ölkə başçısının görüşdüyü şirkətlərin də əhəmiyyətini nəzərəalsaq, deyə bilərik ki, bu görüşlər region üçün və qlobal məsələlərbaxımından mühüm əhəmiyyət kəsb edir. Həmin şirkətlərin özistəkləri ilə Prezident İlham Əliyevlə görüşmələri onlarınAzərbaycanla əməkdaşlığın gücləndirilməsində, ölkəmizə sərmayəqoyuluşlarında maraqlı olduqlarından xəbər verir”, - deyə deputatvurğulayıb.

Seçilən
9
50
az.trend.az

10Mənbələr