Bakı. Trend:
“İntellektual dövr uğrunda əməkdaşlıq” şüarı altında İsveçrəninDavos şəhərində keçirilən 54-cü illik Dünya İqtisadi Forumu qlobaliqtisadi və siyasi prioritetlərin müəyyənləşməsi baxımındanhəlledici platforma olub. Prezident İlham Əliyev tərəfindən təmsiledilən Azərbaycan forum çərçivəsində keçirilən diskussiyalarda fəalşəkildə iştirak edib və aparılan müzakirələrdə etibarlı iqtisaditərəfdaş və regional əməkdaşlıq mərkəzi kimi ölkənin artan roluvurğulanıb.
Prezident İlham Əliyev İsveçrədə olduğu 3 gün ərzində bir sıradövlət başçıları, aparıcı qlobal korporasiyaların rəhbərləri və əniri beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Budanışıqlar Azərbaycanın qarşılıqlı tərəfdaşlığın inkişafında əsasoyunçu kimi mövqeyini daha da möhkəmləndirmiş olub. Müzakirələrdəbeynəlxalq investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinininkişafı və qlobal enerji təhlükəsizliyi kimi məsələlərə toxunulubki, bu da öz növbəsində qlobal çağırışların həllində ölkəninstrateji əhəmiyyətini vurğulayıb.
Əsas diqqət dünya liderləri ilə danışıqlara yönəlib. Almaniyakansleri Olaf Şolts və Xorvatiya baş naziri Andrey Plenkoviçləkeçirilən görüşlərdə Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinin möhkəmləndirilməsindəki rolu, o cümlədən təbiiqaz ixracatının genişləndirilməsi və Avropa İttifaqı ilə əlaqələringücləndirilməsi müzakirə edilib. Latviya prezidenti Edqar Rinkeviçsvə Ukrayna prezidenti Volodimir Zelenski ilə aparılan danışıqlardaisə siyasi, iqtisadi və energetika sahələrini ehtiva edənikitərəfli münasibətlərin inkişafına Azərbaycanın verdiyi dəstəktəsdiqini tapıb.
İraq və İsrail rəhbərləri ilə görüşlərdə də iqtisadi və mədəniəlaqələrin inkişaf etdirilməsinə olan qarşılıqlı maraq vurğulanıb.İraq prezidenti Əbdül Lətif Camal Rəşid və Kürdistan baş-naziriMəsrur Bərzani ilə danışıqlarda ticarət və humanitar sahələrdəəməkdaşlığın dərinləşdirilməsi məsələsinə toxunulub, İsrailprezidenti İsxak Hersoqla görüşdə isə Azərbaycan və İsrail xalqlarıarasında tarixi dostluq bir daha təsdiqini tapıb.
Dünya liderləri ilə yanaşı, Prezident İlham Əliyev bir sıra iribeynəlxalq şirkətlərin rəbhərləri ilə görüşüb ki, bu da bir dahainvestisiya hədəfi kimi Azərbaycanın cəlbediciliyini vurğulamışolub. “Carlsberg Group” xahişi ilə dövlət başçısı şirkətin müşahidəşurasının sədri Henrik Poulsen və baş direktor YakobArup-Andersonla görüşüb. Şirkətin ali nümayəndələri ölkədə mövcudolan əlverişli investisiya mühitini yüksək qiymətləndiriblər və özməhsullarının Azərbaycandakı lokalizasiyasını genişləndirməkplanlarını bəyan ediblər.
DP World şirkətinin rəhbəri və baş direktoru Sultan Əhməd binSulayem ilə keçirilən görüş də az əhəmiyyətli olmayıb. DanışıqlardaAzərbaycanın regional nəqliyyat qovşağındakı rolu və “Şimal-Cənub”və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin açdığı imkanlar müzakirəedilib. Danışıqlar Azərbaycanın qlobal ticarət və logistikainteqrasiyasındakı əhəmiyyətini təsdiqləyib.
Prezident İlham Əliyev eyni zamanda “Goldman Sachs Group İnc.”Korporasiyasının beynəlxalq əlaqələr üzrə prezidenti Cared Koenləgörüş keçirib. 2010-cu ildən bəri Azərbaycanla əməkdaşlıq edənşirkət ölkənin maliyyə sektorunun inkişafına dəstək olmağa və yeniinvestisiya imkanlarını araşdırmağa hazırlıq ifadə edib. Bu görüşisə öz növbəsində Azərbaycanın qlobal maliyyə sisteminəinteqrasiyasını bir daha təsdiqləyib.
“Oliver Wyman Group” baş direktoru Nik Studer isə görüş zamanıtəmsil etdiyi şirkətin Azərbaycandakı iqtisadi islahatlara maraqgöstərdiyini diqqətə çatdırıb. Danışıqlar maliyyə bazarları,energetika və ticarət sahələrində əməkdaşlıq məsələrini ehtivaedib, regionda yeni imkanların müəyyən edilməsi məsələsinə isəxüsusi diqqət ayrılıb.
Prezident İlham Əliyevin İsveçrə səfəri zamanı ən əlamətdargörüşlərindən biri də Avropa Yenidənqurma və İnkişaf Bankınınprezidenti Odil Reno-Basso ilə keçirdiyi görüş olub. Görüşdə birsıra cari və gələcək layihələr, o cümlədən Gəncədə su təchizatınınidarəedilməsi sisteminin maliyyələşdirilməsi müzakirə olunub.Görüşün sonunda tərəflər kredit sazişi imzalayıblar ki, bu daAzərbaycanın aparıcı beynəlxalq maliyyə institutları iləəməkdaşlığının növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
Davosda keçirilən mühüm görüşlər Azərbaycanın dünya arenasındakıartan nüfuzunu bir daha təsdiqləmiş olub. Ölkənin etibarlı vəuzaqgörən tərəfdaş kimi reputasiyası məhz müdrik siyasət vəbeynəlxalq sazişlərin uğurlu şəkildə həyata keçirilməsi hesabınaformalaşıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq və Qərbölkələri üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirib.Uğurlu coğrafi mövqeyi, həmçinin enerji, nəqliyyat və maliyyəsahələrində əməkdaşlığa diqqət, ölkəni qlobal problemlərin həllindəəhəmiyyətli oyunçuya çevirir.
Dünya liderlərinin və ən iri şirkətlərin Azərbaycanlamüzakirələrdə fəal iştirakı Prezident İlham Əliyevin rəhbərliyinəolan etimadın artdığını və ölkənin regionun gələcəyininformalaşmasındakı əhəmiyyətini nümayiş etdirir. Bu əlaqələrAzərbaycanın iqtisadi potensialını və onun dayanıqlı inkişaf vərifah naminə qlobal tərəfdaşlığa verdiyi dəstəyi vurğulayır.