AZ

Karlo Ançelotti “Zalsburq” üzərində qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Zalsburq”la ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qaymaqlılar” “öküzlər”i 5:1 hesabı ilə “boyunduruq” altına salıblar.

Karlo Ançelotti matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Aydındır ki, bizim əsas məqsədimiz qələbə qazanmaq idi. Biz oyuna azacıq ləng başladıq, amma bunu tezliklə düzəltdik. Hücumdakı keyfiyyətimizlə mən, heç vaxt özümüzə şübhə etməmişəm. Düşünürəm ki, biz yaxşı axındayıq, hərəkiliyimiz çox müsbətdir. Hətta buraxılmış qola görə də hiddətlənmirəm”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

7 oyunda 12 xal toplamış “Real” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 16-cı pillədə qərarlaşıb. İspaniya nəhəngi yarışın ələmə – 1/8 final mərhələsinə birbaşa vəsiqəni hədəfləyib, amma “Real” buna görə xeyli tər tökməli və eyni zamanda uğura bel bağlamalıdır.

“Zalsburq” isə 3 xalla 34-cü pillədədir. Almaniya təmsilçisi üçün Çempionlar Liqasının cari mövsümündə mübarizə iddiası artıq başa çatıb.

Seçilən
11
8
arena.az

6Mənbələr