Kreml Suriyanın yeni hakimiyyətinin Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv etməsi xəbərini şərh etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Tartus limanı ətrafındakı vəziyyəti şərh etməyib və bununla bağlı sualları Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə yönləndirməyi təklif edib.
"Sualınızı Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə yönləndirirəm", - deyə Peskov Kremlin müqavilənin ləğvi ilə bağlı məlumatı təsdiqləyib-təsdiq edə bilməyəcəyi və bunun Rusiyanın Suriyadakı mövcudluğuna necə təsir edəcəyi ilə bağlı suala cavab verib.
Qeyd edək ki, Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudinin sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.
Xatırladaq ki, Suriyanın Tartus limanında Rusiyanın hərbi dəniz donanmasının bazası yerləşir.