AZ

“Putin hesab edir ki, məqsədinə nail olub” - “Onu indi iqtisadiyyat narahat edir”

Prezident Vladimir Putin hesab edir ki, Ukrayna ilə müharibənin əsas məqsədlərinə artıq nail olunub və o, indi Rusiya iqtisadiyyatındakı disbalansdan daha çox narahatdır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Kremlə yaxın mənbələr məlumat verib.

“Putin hesab edir ki, müharibənin əsas məqsədlərinə, o cümlədən materik Rusiyanı Krımla birləşdirən ərazilərə nəzarət və Ukrayna ordusunun zəiflədilməsi də daxil olmaqla, artıq əldə olunub”, - nəşr mənbədən sitat gətirib.

Mənbə qeyd edir ki, Rusiya Prezidenti müharibənin iqtisadiyyata göstərdiyi təzyiqdən xəbərdardır, çünki yüksək faiz dərəcələri qeyri-hərbi müəssisələrə və sənayeyə güclü təsir göstərir: “Rusiya öz müdafiə xərclərini ÜDM-in 6,3%-i olmaqla postsovet məkanında ən yüksək həddə çatdırıb və bu, büdcə xərclərinin üçdə birini təşkil edib. İşçi çatışmazlığı ilə yanaşı, bu, əmək haqqının artmasına da səbəb olub. Neft, qaz və mineral ixracı ilə idarə olunan Rusiya iqtisadiyyatı, Ukraynanın işğalından sonra tətbiq edilən çoxsaylı sanksiyalara baxmayaraq, son iki il ərzində sabit artım nümayiş etdirib. Bununla belə, son aylarda rekord hərbi xərclər fonunda sürətlənən inflyasiya ilə mübarizə çətinləşib. İşçi çatışmazlığı və yüksək faiz dərəcələri daxili vəziyyəti gərginləşdirib. Bundan əlavə, hökumət büdcə kəsirini azaltmaq üçün vergi daxilolmalarını artırmağa çalışır”.

“AzPolitika.info”

Seçilən
6
50
azpolitika.info

10Mənbələr