Şimali Koreya 2025-ci ildə ən azı 150 ədəd “KN-23” qısa mənzilli ballistik raketləri Rusiyaya çatdırmağı planlayır.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, bura artilleriya sistemlərinə və mərmilər də aiddir.
“Bu silahların əksəriyyəti ya Ukraynadakı qoşunlara qarşı, ya da Rusiyada təlim keçmək üçün istifadə olunur. KXDR-in 170 mm-lik özüyeriyən artilleriya sistemləri güclü sursat yükünə malikdir, M-1991 MLRS də cəbhə xəttində çoxlu problemlər yarada bilər”, - Budanov qeyd edib.
“AzPolitika.info”