Qərbin Türkiyəyə qarşı silahlandırdığı Yunanıstan bu yaxınlarda Avropadan 1200 kilometr mənzilli raket almağa çalışır.
Ölkə.Az yunan mediasına istinadən xəbər verir ki, Yunanıstan sualtı qayıqlarda və xüsusilə Hərbi Dəniz Qüvvələrində istifadə edilməsi planlaşdırılan MdCN raketlərini almağa çalışır.
Yunan mediasının yazdığına görə, Türkiyədən müdafiə olunmanın yeganə yolu yunan sualtı qayıqlarından atılan 1000-1200 kilometr mənzilli strateji raketlərdən istifadə edilməsidir.
Müdafiə naziri Nikos Dendiasın açıqlamasında bildirib ki, Yunanıstan çox uzaqmənzilli Fransa istehsalı olan MdCN qanadlı raketləri buraxmaq gücünə malik yeni sualtı qayıqların alınması imkanını nəzərdən keçirir.
Məlumatda qeyd olunur ki, Yunanıstan səkkiz MdCN raket buraxılış qurğusu almaq üçün Fransa ilə danışıqlar aparır.
Mürtəza
Ölkə.Az