AZ

Putin və Paşinyan Ermənistanın KTMT çərçivəsində fəaliyyətini müzakirə etməyiblər - Kreml

“Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Ermənistanın KTMT çərçivəsində fəaliyyətini müzakirə etməyiblər”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentin sözçüsü Dmitri Peskov məlumat verib.

O, qeyd edib ki, Putin və Paşinyan telefonla ilk növbədə enerji sektorunda inteqrasiya əməkdaşlığının dərinləşdirilməsini müzakirə ediblər.

Xatırladaq ki, Putin və Paşinyan arasında telefon danışığı yanvarın 17-də baş tutub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
49
missiya.az

10Mənbələr