Putin mühüm telefon danışığı üçün görüşü yarımçıq dayandırıb
Putin beynəlxalq telefon danışığı üçün iclası qəfil tərk etdi
Putin beynəlxalq telefon danışığı üçün görüşü yarımçıq kəsib
Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının iclasını “beynəlxalq telefon danışığı aparmaq zərurəti” səbəbindən tərk edib.
Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib. Daha sonra iş yerinə qayıtdı.
Lakin prezident söhbətin konkret olaraq kiminlə getdiyini açıqlamayıb.
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin yanvarın 23-də mühüm beynəlxalq telefon danışığı keçirməyi planlaşdırır. O qeyd edib ki, bu, hamının gözlədiyi “söhbət deyil”.