Rusiya prezidenti Vladimir Putin bu gün, yanvarın 23-də mühüm beynəlxalq telefon danışığı keçirəcək.
Editor.az bildirir ki, bu fikri onun mətbuat katibi Dmitri Peskov deyib. Lakin Peskov dövlət başçısının konkret kiminlə danışacağını dəqiqləşdirməyib. “Prezidentin kifayət qədər sıx iş qrafiki var. Onun günün ortasında beynəlxalq telefon danışığı edəcəyini gözləyirik.
Sizi məlumatlandıracağıq. Dərhal deyəcəyəm: bu, eyni söhbət deyil, amma bizim üçün heç də az əhəmiyyət kəsb etmir” – mətbuat katibi bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putinə zəng etmək planlarından ən son danışanlardan olub. CNN bildirib ki, Tramp inauqurasiyadan bir neçə gün sonra köməkçilərinə telefon danışığı təşkil etməyi tapşırıb. Dəqiq tarix verilməyib.
//Samir Qurbanov, Editor.az