AZ

Bakıda tarixi binaya müdaxilə edilib VİDEO

Görkəmli musiqiçilər Leopold və Mstislav Rastropoviçlərin ev-muzeyinin yerləşdiyi tarixi binada qanunsuz söküntü işlərinin aparılması faktı aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Yasamal rayonu, Rostropoviç küçəsi, 19 ünvanında yerləşən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan bu binada hələ də yaşayan sakinlər var.

Onlar deyirlər ki, binada sökülən mənzillər adı bilinməyən sahibkara satılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, bir müddət öncə qurum söküntü işlərinin dayandırılması və qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq edib, lakin 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib.

Qurumdan o da bildirildi ki, abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
7
50
xezerxeber.az

10Mənbələr