AZ

Çılpaq qadın liftin kamerasını oxlovla sındırdı - FOTO + VİDEO

Rusiyada sakinlər "əlavə xidmətli masaj" təklif edən qonşuya qarşı üsyan qaldırıb.

Yenisabah.az xəbər verir ki, Yelabuqa şəhərində çoxmərtəbəli binanın sakinləri bir qadının təklif etdiyi "əlavə xidmətli saç kəsimi və masaj" fəaliyyətindən şikayətçi olublar.  Onlar qadını fahişəlikdə ittiham edib, polisə müraciət edib və binada yaranan vəziyyətə görə narazılıqlarını bildiriblər.

Qonşular qadının mənzilinə tez-tez sərxoş kişilərin gəldiyini iddia edir, onun fahişəliklə məşğul olduğunu düşünüb və bu barədə bina sakinlərinin "WhatsApp" qrupunda müzakirələr aparıblar. Hətta dəfələrlə polisə şikayət ərizəsi də veriblər. Lakin bu müraciətlər indiyə qədər nəticəsiz qalıb.

Qadın isə bütün iddiaları rədd edib. Onun sözlərinə görə, o, sadəcə ev şəraitində bərbərlik xidməti göstərir və eyni zamanda masaj təklif edir. Qadının sosial şəbəkədəki profilində "əlavə xidmətli, lakin intimsiz masaj" elanları, həmçinin mənzilin günlük icarəsi ilə bağlı məlumatlar yerləşdirilib.

23 yanvar tarixində isə vəziyyət daha da gərginləşib. Qadın qonşularla yox, liftdəki müşahidə kameraları ilə "döyüşə" girib. Ən qəribəsi isə odur ki, bu hərəkəti tamamilə çılpaq halda edib. Bu hadisə sakinləri daha da qəzəbləndirib və onlar yenidən polisə şikayət etməyi qərara alıblar.

Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının reaksiyası gözlənilir.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
2
50
yenisabah.az

10Mənbələr