Şamaxı rayonunun Yeddi Günbəz qəbiristanlığında bir neçə məzarın mərmər döşəmə daşları naməlum şəxslər tərəfindən sökülərək aparılıb.
Xezerxeber.az xəbər verir ki, rayon sakini Kamil Musayevin sözlərinə görə, sonuncu dəfə yeni il bayramı ərəfəsində atasının və əmisinin məzarını ziyarət edib. O zaman qəbirlərin döşəmə daşları yerində olub. Dünən gün yenidən ata və əmisinin məzarını ziyarətə gələndə görüb ki, mərmərdən olan döşəmə daşlarının bir hissəsi oğurlanıb.
Oğurluq hadisəsindən sonra Kamil Musayev Şamaxı Rayon Polis Şöbəsinə müraciət edib.
Zərərçəkənin sözlərinə görə, oğurluq hadisəsindən xəbər tutandan sonra ata və əmisinə yaxın olan digər məzarlara da baxış keçirib. Bu zaman qonşu qəbirlərdən də eyni üsulla oğurluq edildiyini müəyyən edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.