AZ

ABŞ-nin Azərbaycandakı səfiri ilə görüşmək istədi, həbs olundu

Səlahiyyət müddəti başa çatmış ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ilə görümək istəyən şəxs həbs edilib. 

“Cebheinfo.az” Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 

Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub:

“Səfirə mənə Amerikaya getməyə kömək etməyimi istəyəcəkdim”. 

Məhkəmənin qərarı ilə, K.H 15 gün müddətinə inzibati qaydada həbs edilib.

“Cebheinfo.az”

Seçilən
7
3
cebheinfo.az

7Mənbələr