AZ

ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşmək istədi...

Səlahiyyət müddəti başa çatmış ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görümək istəyən şəxs həbs edilib. 

 

Qaynarinfo.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 

 

Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 

 

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 

K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: “Səfirdən mənə Amerikaya getməyə kömək etməsini istəyəcəkdim”. 

 

Məhkəmənin qərarı ilə K.H 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
6
2
senzor.az

7Mənbələr