Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib.
Qaynarinfo-nun məlumatına görə, həmin şəxs səlahiyyət müddəti başa çatmış ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görüşmək istədiyini bildirib.
Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
K.H. məhkəmədə ifadəsində bildirib ki, səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub.
qaydada həbs edilib.
www.anews.az