AZ

"Bu gün bir az bəxtimiz gətirdi" - FCSB-nin baş məşqçisi

style='margin-bottom:10px;'>

"Çox sevinirəm, oyunçularımla fəxr edirəm. Yaxşı oynadıq və vacib üç xal qazandıq".

QOL.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 7-ci turunda "Qarabağ"a qalib gələn (3:2) Rumıniyanın FCSB klubunun baş məşqçisi Elias Xaralambus oyundan sonra mətbuat konfransında deyib.

O, vacib səfər qələbəsini belə şərh edib: "Çox çətin olacağını bilirdik. Həqiqətən də belə oldu. Əziyyət çəkdik, amma bunun  bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də əhəmiyyətlidir. Bu gün bir az bəxtimiz də gətirdi. İlk dəqiqədə qol buraxmaq çətin idi. "Qarabağ" çox pressinq edirdi. Üçüncü qol gəldikdən sonra qələbəni qazandıq".

Rumıniya klubunun çalışdırıcısı "Qarabağ"a hörmət etdiiyini də əlavə edib: "Nəyə ümid edirdiksə, onu gördük. “Qarabağ”ı araşdırmışdıq. Çətin oyun oldu. Avropadakı oyun stili budur, əziyyət çəkilir. “Qarabağ” güclü komandadır. “Ayaks”la”, “Lion”la, “Zirə” ilə oyunda da hücumameyilli, güclü və sərt oyun göstərdi. Qurban Qurbanova və komandasına böyük hörmətim var. “Qarabağ” çox gözəl komandadır".

Seçilən
4
13
teleqraf.com

10Mənbələr