AZ

KİV: ABŞ İrana təzyiqdən əvvəl diplomatik yanaşmadan istifadəni planlaşdırır

ABŞ-nin yeni administrasiyası İrana qarşı təzyiqi artırmazdan əvvəl diplomatik yanaşma tətbiq etməyi düşünür.

“Far.Az” xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

"Prezident Donald Tramp Vaşinqtonun İranla bağlı problemləri həll etməyi Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkofa tapşırmağı planlaşdırır. Bu, Prezidentin təzyiqi artırmazdan əvvəl diplomatik yolu sınamaq niyyətində olduğunu göstərir", - mənbələr bildiriblər.

Trampın keçid komandası daha əvvəl İran hökumətinə qarşı "maksimum təzyiq" kampaniyasının bir hissəsi olaraq yeni sanksiyalar və mövcud məhdudiyyətlərin sərtləşdirilməsi təklif edib. Lakin Tramp və onun müşavirləri sonra İranla qarşıdurmanın dərinləşməsindən çəkinəcəklərini bildirdilər. Trampın tabeliyində olan bəzi şəxslər xarici həmkarlarına və diplomatlarına bildiriblər ki, onlar Uitkofdan diplomatiyanın ABŞ və İran arasında gərginliyi azalda bilib-bilmədiyini sınayacağını gözləyirlər.

“Financial Times” əlavə edib ki, Uitkofun əsas diqqətinin Qəzza sektorunda atəşkəsin qorunması olacağı gözlənilir. Bununla yanaşı, qeyri-adi hal kimi xüsusi nümayəndənin həm Qəzza sektoru ilə bağlı münaqişə, həm də ABŞ-İran münasibətləri üzrə məsuliyyəti üzərinə götürməsi mümkündür.

Seçilən
4
1
far.az

10Mənbələr