AZ

Trampdan şok qərar: Transseksual məhbuslar kişi kameralarında saxlansın

Hələ ötən iin noyabrında hazırda yeni seçilmiş prezident Donald Tramp ABŞ-ın Arizona ştatında keçirilən tədbirlərdən birində ABŞ tarixində heç vaxt olmayacaq şokedici bir vəd verdi. O bildirdi ki, ABŞ hökuməti ölkənin bütün ərazisində yalnız iki cinsi tanıyacaq: kişi və qadın.
Prezidentliyi dövründə belə siyasət aparacağını vurğulayan Tramp hesab edir ki, üçüncü cins kimi təqdim olunan transseksuallıq bir xəstəlikdir.

Adalet.az
xəbər verir ki, prezident fəaliyyətinin ilk hətəsində sözünü tutaraq transseksuallarla mübarizəyə baaşlayıb. Beləki, Tramp illk olaraq transseksual məhbusların kişi kameralarında saxlanmasını əmr edib.
ABŞ prezidenti Donald Tramp transseksual məhbusların cəzalarını kişi həbsxanalarında çəkməyə göndərilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Daily Mail yazır:"Əvvəllər həbsdə olan qadınlar şikayət edirdilər ki, əsas kişi cinsi xüsusiyyətləri olan trans qadınların yanında özlərini təhlükəsiz hiss etmirlər. Bir çox qadınlar inanırdılar ki, tam kişilər qadınlardan istifadə etmək istədikləri üçün özlərini trans kimi göstərirlər".

Bu gün isə ABŞ Dövlət Departamenti LGBT və digər bayraqlardan istifadəni qadağan edib. “The Guardian” yazır ki, ABŞ Dövlət Departamenti ABŞ səfirliklərində və diplomatik strukturlarında LGBT və qaradərili icmaları simvolizə edən bayraqlardan istifadəni qadağan edib. Bundan sonra Cənub-Şərqi Asiyada yalnız Amerika bayrağı və İtkin Şəxslərin Milli Liqasının emblemi nümayiş etdiriləcək.

Qeyd edək ki, prezident Donald Tramp bütün transseksual hərbçilərin ölkənin silahlı qüvvələrindən çıxarılmasını tələb edən fərman verməyə hazırlaşır. Əslində bu fərman 2018-ci ilin martında Trampın birinci dövründə qəbul edilmişdi. Həmin qərarı prezident Co Bayden hakimiyyətə gəldiyi günlərdə-2021-ci ilin yanvarında ləğv etdi.Məlumatda bildirilir ki, ABŞ ordusunda hərbi xidmətdə olan qulluqçuların sıralarında 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır.
Tramp yəqin ki, dünyanı mat qoyacaq bir yeniliyin başlanğıcına start verdiyinin fərqindədir . Tezliklə, ABŞ-da transseksual olan nazirlər, senatorlar və digər yüksək vəzifəli məmurlar ölkə başçısının hədəfinə çevriləcək.

Xatırladaq ki, 2011-ci ildə ABŞ-ın 44-cü  prezidenti Barak Obama homoseksuallara bərabər hüquqların verilməsi ilə başlı fərman imzalamışdı və bunu  müsbət addım kimi qiymətləndirmişdi.
Ağ Evdə keçirilən mətbuat konfransında Obama Nyu-York ştatının homoseksuaların evlənməsini qanuniləşdirilməsini dəalqışlamışdı. Həmin illərdə günlərlə sürən debatlardan sonra Nyu-York eynicinslilərin nikahını təsdiq edən 6-cı ştat oldu. ABŞ prezidenti çıxışında demişdi ki, homoseksuallara digər amerikalılar kimi münasibət göstərilməlidir və seksual oriyentasiyaya əsaslanan ayrı-seçkiliyə son qoyulmalıdır


P.S. Alqışlayıram cənab Trampı... Uğur olsun!

Əntiqə Rəşid

Seçilən
2
36
adalet.az

10Mənbələr