"Sayca 55-ci olan Dünya İqtisadi Forumunda bir çox dövlət və hökumət başçısı, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərləri iştirak edir. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31