Rusiya Amerikanın hipersəs raket layihəsini oğurlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya ABŞ-nın hipersəs raketi yaratmaq layihəsini oğurlayıb.
Reyting.az-ın məlumatına görə, Amerika lideri “Fox News” telekanalına müsahibəsi zamanı deyib ki, bu, Barak Obamanın prezidentliyi dövründə baş verib.
Onun sözlərinə görə, kimsə gizli məlumatları ruslara sızdırıb. “Rusiya layihəni oğurladı, bizdən aldılar. Layihəni onlara hansısa bədxah adam verdi. Onlar bunu Bayden administrasiyası deyil, Obama administrasiyası dövründə oğurlayıblar. Baxmayaraq ki, Baydendən də çox şey oğurlayıblar, bu barədə də eşidəcəyik”, - deyə D. Tramp əlavə edib.
Eyni zamanda o, ABŞ-nın səsdən sürətli raketlərə sahib olacağına söz verib. Onların işə salınması, Trampın fikrincə, “tezliklə” baş tutacaq.
V. QULİYEV