AZ

ABŞ Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadəni nəzərdən keçirəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya Amerika silahlarının tədarükünü maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını müzakirə edəcək.

APA xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq deyib.

"Bu, müzakirə olunan mövzudur. Bu, həmişə işin bir hissəsidir, çünki bütün seçimləriniz var və siz onlardan bir neçəsini ABŞ prezidentinə təqdim etmək istəyirsiniz ki, o, seçə bilsin. Biz bu barədə dəfələrlə danışmışıq. Dondurulmuş Rusiya aktivlərindən ABŞ silahlarını almaq üçün istifadə edilməsi müzakirə edilməli olan tapmacanın bir parçasıdır və bu, müzakirə üçün prezidentin masasında olacaq”, - o vurğulayıb.

Seçilən
29
50
apa.az

10Mənbələr