ABŞ prezidenti Donald Tramp Rusiyanı Barak Obama dövründə ABŞ-ın hipersəs raket layihələrini oğurlamaqda ittiham edib.
Bu layihələri kiminsə Rusiyaya verdiyini iddia edən Tramp, Rusiyanın bu layihəni Obama dövründə oğurladığını deyib.
ABŞ-ın Rusiyanın hipersəs raketlərinə, o cümlədən “Oreshnik”ə qarşı cavab verməyə və onlara qarşı durmağa hazır olmasına gəlincə, Tramp deyib ki, ABŞ tezliklə bu texnologiyadan üstün olan “super hipersəs raketləri” hazırlayacaq. O, bu raketlərin Rusiyanın hipersəs raketlərindən, o cümlədən “Oreshnik”dən daha yaxşı və güclü olacağını bildirib.
Tramp 2020-ci ildə də Minnesota ştatında kampaniya apararkən oxşar ittihamlarla çıxış etmişdi.
Tramp 2020-ci ildə ABŞ-ın “super-puper” adlandırdığı hipersəs raketi hazırladığını açıqlamışdı. O, bu raketin dünyanın ən sürətli raketinin sürətindən 17 dəfə yüksək sürətə və 1600 kilometr məsafəyə malik olduğunu bildirmişdi.
Rusiya səsdən sürətli məşhur raketi olan “Oreshnik”i keçən il Ukraynaya qarşı istifadə etmişdi. Putinin qarşısıalınmaz adlandırdığı raket dünyada böyük səs salmışdı.
TAHİR