AZ

Türkiyədə hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13 nəfər olub

Türkiyənin Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13 nəfərə çatıb. Bu barədə TRT haber  bildirib.

Kanalın məlumatına görə, yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün 7 nəfərlik ekspert komissiyası yekun hesabatın nəticələrini gözləyir.

Yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində dəhşətli yanğın baş verib.
 
Yanğın zamanı 12 mərtəbəli binada 238 qonaq olub. Ölənlərin 36 nəfəri uşaq olub.
 
Oteldə baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində Bolu bələdiyyə sədrinin müavini, əyalət yanğınsöndürmə xidmətinin müdir müavini və otel sahibi də daxil olmaqla 11 nəfər saxlanılıb. Türkiyədə baş verən yanğınla bağlı yanvarın 22-də ölkədə matəm elan olunub.
 
Aytac


www.anews.az
Seçilən
2
3
anews.az

10Mənbələr