Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində daha iki nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı daha iki nəfərin saxlanıldığını təsdiqləyərək, faciəyə görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb ediləcəyini bildirib.
"Faciə ilə bağlı zəruri və hərtərəfli araşdırmalara başlanılıb. Ehtiyatsızlıq, qanun pozuntusu və tamah ucbatından xalqımıza böyük ağrılar yaşadanların hamısı məhkəmə qarşısında mütləq cavab verəcəklər. İşlə bağlı aparılan istintaq çərçivəsində 14 nəfər saxlanılıb", - Ərdoğan bildirib.