Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğına görə daha bir nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, bununla da saxlanılanların sayı 14-ə çatıb.
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün 7 nəfərlik ekspert komissiyasının yekun hesabatı gözlənilir.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.