Türkiyənin Bolu vilayətindəki Kartalkaya hotelində baş verən yanğınla bağlı daha bir nəfər saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bununla da saxlanılanların sayı 14-ə çatıb. Həmin şəxslər hoteldə yanğın təhlükəsizlik qaydalarının pozulmasında ittiham edilir.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə baş verib. Bu zaman hoteldə ümumilikdə 238 qonaq olub, onlardan 78-i ölüb, 50 nəfər isə yaralanıb.
Nurlana ƏhmədovaMissiya.Az