Yanvarın 23-24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistanda səfərdə olub.
Yanvarın 23-də İslamabadda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Tərəflər siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş zamanı beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzulara toxunulub.
Yanvarın 24-də Elnur Məmmədov Azərbaycan-Pakistan birgə komissiyasının 8-ci iclasında çıxış edib.