AZ

Azərbaycan və Pakistan XİN arasında siyasi məsləhətləşmələr

İslamabadda Azərbaycan və Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu baş tutub.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan nümayəndə heyətinə isə həmin ölkənin xarici işlər nazirinin müavini Amna Bəluç rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti və onların ikitərəfli münasibətlərin bir çox sahələrinə müsbət təsiri qeyd edilib.

Nazir müavini Elnur Məmmədovu Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar qəbul edib.

Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yanvarın 24-də E.Məmmədov Azərbaycan-Pakistan birgə komissiyasının 8-ci iclasında iştirak edib və çıxış edib.

Seçilən
3
38
veteninfo.az

10Mənbələr