“Qırmızı-ağlar”ın icraçı direktoru Eldəniz Yusubov “Football-plus.az”a düşərgədəki durumu anlatdı:
“Bizim komanda adi qaydada “Neftçi” ilə oyuna hazırlaşır. Heç bir ajiotaj və ya gərginlik yoxdu. Həmişə qarşımıza qələbə qazanmaq tapşırığı qoyuruq. Futbolçular və məşqçi heyəti bunun öhdəsindən gələcək. Ardıcıl üç oyunda məğlubiyyət bizi razı salmır. İndiyə qədər komanda baxımlı oyunla bu yerlərə çatıb. Rəhbərlik mövsümün əvvəlində komandanın qarşısına qoyduğu vəzifəni həmişə təkrarlayır. Biz məşqçilərin və futbolçuların hesabına gəlib bu yerlərə çatmışıq. Rəhbərlik həmişə futbolçuların yanındadı. Oyundan əvvəl və sonra görüşlər olur. Bu rutin qaydada olan görüşlərdi. Məqsəd komandaya dəstək olmaqdı. Rəhbərlik hansısa radikal tələb qoymayıb”.
ƏSƏD SEYİDOV