AZ

Avropa diplomatiyasının rəhbəri Kallas Ermənistana səfər edəcək

Ermənistan Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın yaxın vaxtlarda Ermənistana səfər edəcəyini açıqlayıb.

Korrespondent.az  RT-yə istinadla xəbər verir ki,  bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan açıqlayıb.

O, başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl parlament sədrinin mətbuat katibi Movses Arutyunyan bildirmişdi ki, fevralın 11-dən 14-dək Ermənistan parlamenti Aİ-yə üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə baxacaq.

Seçilən
2
2
korrespondent.az

10Mənbələr