Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ermənistana səfərə hazırlaşır.
Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan ölkə parlamentinin Avropa İttifaqına İnteqrasiya Komissiyasının bugünkü iclasında məlumat verib. Nazir müavini deyib: "Yaxın həftələrdə ali nümayəndə Kaya Kallasın Ermənistana səfəri gözləniir". Ovanisyan əlavə məlumat verməyib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin səfərinin fevral ayında baş tutacağı güman edilir.
Qeyd edək ki, yanvarın 24-də Avropa İttifaqına İnteqrasiya Komissiyası növbəti iclasını keçirib və Avropa İttifaqına üzvlük prosesinin başlanması prosesi barəsində qanun layihəsini təsdiqləyib.
Yanvarın 9-da Ermənistan hökuməti həmin qanun layihəsini təsdiqləyərək parlamentə yönləndirmişdi.
Parlamentin Avropa İttifaqına İnteqrasiya Komissiyasının təsdiqləməsindən sonra qanun layihəsinin parlamentin fevral ayında keçiriləcək plenar iclasında nəzərdən keçirilməsi planlaşdırılıb.
Hürr Tərcüman