Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas yaxın vaxtlarda Ermənistana gələcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyan Milli Assambleyanın Avropaya inteqrasiya komissiyasının növbədənkənar iclasında bildirib.
Ovannisyan qarşıdakı səfərin təfərrüatlarını açıqlamayıb, lakin əməkdaşlıqla bağlı müxtəlif məsələlərin müzakirə olunacağını qeyd edib.
"Biz yaxın həftələrdə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Ermənistana səfərini gözləyirik", - Hovhannisyan bildirib və əlavə edib ki, digər yüksək səviyyəli səfərlər də gözlənilir.