AZ

Hakan Fidan Avropa İttifaqının nümayəndəsi Kallas ilə görüşüb

Bakı, TurkicWorld

Hakan Fidan Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada, “Nazirimiz Hakan Fidan Ankarada Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb” deyilib.

Qeyd edək ki, Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısı sonuncu dəfə 28 fevral 2019-cu ildə İstanbulda keçirilib.

Seçilən
3
10
turkic.world

10Mənbələr