AZ

Hakan Fidan: Aİ Türkiyənin üzvlüyü üçün yeni baxış təqdim etməlidir

Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, Aİ Türkiyənin üzvlük perspektivini güсləndirmək üçün yeni bir baxış təqdim etməlidir:

"Avropa İttifaqının bu baxışı təqdim etməsini gözləyirik. Həmçinin viza mövzusunda irəliləyiş əldə edilməsi də bizim üçün önəmli məsələdir. Viza rejiminin sadələşdirilməsinə ehtiyac var".

O qeyd edib ki, keçmişdə bəzi avropalı liderlər Türkiyənin üzvlük məsələsini öz ölkələrinin daxili siyasət məsələsi halına gətirmişdilər:

"Təəssüf ki, biz bunun nəticəsini həm Türkiyə, həm Aİ olaraq geosiyası itkilərlə ödəməli olduq".

Seçilən
4
3
bakivaxti.az

10Mənbələr