Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün müzakirələrə dəstək verməyə hazırdır.
“Report” xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Ankarada birgə brifinq zamanı deyib.
Onun sözlərinə görə, Kaya Kallasla bügünükü görüş zamanı sözügedən mövzu ətrafında müzakirələr aparıblar.
H.Fidan, həmçinin İsrail və HƏMAS arasındakı atəşkəs məsələsinə də toxunub.
“Atəşkəs razılaşmasına əməl edilməlidir. Türkiyə Aİ ilə bu mövzuda da çalışmaqda maraqlıdır”, - nazir əlavə edib.