“İmzalanmış sənədin Rusiyanı regiondan sıxışdırıb çıxara biləcəyi inandırıcı görünmür. Həmçinin, bu sənədə uyğun olaraq, Azərbaycan dövlətinə və onun maraqlarına hər hansı təhlükə yaranarsa, Azərbaycanın adekvat cavab verməməsi ehtimalı da absurddur.”
Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a açıqlamasında deyib.
“Məsələ yalnız sənədin mahiyyətində deyil, onun qısa müddət ərzində, xüsusən də Donald Trampın hakimiyyəti dövründə Azərbaycanla münasibətlərin hansı səviyyədə olacağı nəzərə alınaraq imzalanmasındadır.
Bundan əlavə, sənədin ratifikasiyası prosesi də diqqət mərkəzindədir. Bu sənəd Ermənistan parlamentində müzakirəyə çıxarılmalı və Ermənistan üçün hansı təhlükələri yarada biləcəyi nəzərdən keçirilməlidir. Eyni zamanda, ABŞ səviyyəsində Tramp administrasiyasının bu sənədə baxışı mühüm əhəmiyyət daşıyır.
A. Nağıyev həmçinin Tramp administrasiyasının bu sənədə yenidən baxması ehtimalının real olduğunu bildirir:
“Çünki onun siyasəti yalnız ABŞ-ın ayrı-ayrı dövlətlərdəki maraqları ilə məhdudlaşmır, həm də regional məsələlərə fokuslanır. Hazırda regionda ABŞ və Azərbaycan arasındakı münasibətlər məlumdur və Azərbaycan bölgədə təhlükənin qarşısında duran əsas ölkələrdən biri kimi qəbul edilir. Keçmişdə Əfqanıstan məsələsində də oxşar yanaşma müşahidə olunmuşdu.
Tramp administrasiyasının yanaşması yalnız bu sənədlə məhdudlaşmır. Məsələn, 97-ci dəhliz məsələsi də gündəmə gətirilmişdi. Bütün bu amillər nəzərə alınarsa, gözlənilir ki, Tramp administrasiyası bu sənədə daha ciddi yanaşacaq və onun yenidən gözdən keçirilməsini təmin edəcək.”