"Turan" (Tovuz) daha bir transfer gerçəkləşdirib.
Yenisabah.az xəbər verir ki, braziliyalı mərkəz hücumçu Joarlem Batista Santos ilə 2,5 illik müqavilə bağlanılıb.
29 yaşlı furbolçu son olaraq Portuqaliya "Çaves" klubunda oynayıb.
Joarlem Batista Santos bu mövsüm Portuqaliya 2-ci liqasında 6 oyunda meydana çıxıb və 1 qol vurub.
O, "Çaves"dən əvvəl "Mito Xollixok" (Yaponiya), "Kovilya" (Portuqaliya), "GE Yuventus" və "Mogi Mirim"də də (hər ikisi Braziliya) oynayıb.
Telegram kanalımız