AZ

Avropa Trampın tələblərinə hazır deyil - Foreign Policy

AzVision.az xəbər verir ki, Amerikanın məşhur “Foreign Policy (FP)” jurnalında dərc olunan məqalədə Avropanın siyasi isteblişmentini müdafiə xərcləri sahəsində ciddi problemlər gözlədiyi bildirilir.

Nəşr yazır ki, Avropalı siyasətçilər “vaxtilə Tramp administrasiyası tab gətirməyi bacaran (2017-2021) Avropanın Amerika liderinin ikinci prezidentlik müddətinə də hazır olduğunu düşünürlər, lakin bu, sadəlövhlükdür...".

“...Səhv hədəflərə fokuslanan və siyasi böhrandan yayınan Avropa, prezidentliyinin ikinci müddəti ərzində Trampın təhdidlərinə hazır deyil”,- jurnal qeyd edir.

Məqalə müəllifinin fikrincə, avropalı siyasətçilər hərbi xərclər sahəsində zəruri olan dəyişikliklərin aktuallığını və miqyasını da anlamayıblar. Bu baxımdan, Avropa tezliklə “Amerikanın təhlükəsizlik yastığını itirərək”müdafiəsiz qala bilər.

Trampın məqsədlərindən biri Avropanın müdafiə yükünü NATO müttəfiqlərinin üzərinə qoymaqdır. Niyyətlərinin ciddiliyini görməyə Avropanı məcbur etmək üçün Amerikanın yeni administrasiyasının əlində bir neçə təsir imkanı var: ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq və təhlükəsizlik üçün məsuliyyəti Avropa İttifaqına (Aİ) üzv ölkələrə ötürmək.

Müəllifhəmçinin bildirir ki, Trampın Avropanın müdafiəsi ilə bağlı narahatlığı artıq “keçici dəb” deyil. Avropa oyanaraq başa düşməlidir ki, onuntəhlükəsizlik sahəsində "arxayınlıq" dövrü bitib.

NATO rəhbəri:"4-5 ildən sonra özümüzü müdafiə edə bilməyəcəyik"
Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışında ABŞ prezidenti Donald Tramp NATO ölkələrininmüdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağın vacibliyini bir daha vurğulayıb. Trampın sözlərinə görə, onun siyasəti ədalətin bərpasına və alyansda maliyyə yükünün yenidən bölüşdürülməsinə yönəlib.

NATO ölkələrində hərbi xərclərin ÜDM-in 2%-nə çatdırılması qərarı 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə“Rusiya təhlükəsi” nə əsaslanaraq verilmişdi. Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra baş verib. Maraqlıdır ki, NATO üzvlərinin bu öhdəliyi tam şəkildə yerinə yetirməsi də ilk prezidentliyi dövründə onlara ciddi təzyiq göstərməsi sayəsində mümkün oldu.

Bu baxımdan, müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması barədə onun öz iradəsini Şimali Atlantika Alyansı üzrə müttəfiqlərinə qəbul etdirəcəyi heç bir şübhə doğurmur. Yeri gəlmişkən, NATO-nun baş katibi Mark Rütte Donald Trampın bu tələbinin ədalətli olduğunu iddia edib. Başqa sözlə desək, qurumun baş katibi ABŞ prezidentinin qarşısında artıq “ağ bayraq”qaldırıb və digərlərinin də analoji addım atacağı yaxın vaxtların məsələsidir.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
21
50
azvision.az

10Mənbələr