Milli Basketbol Assosiasiyasının (NBA) komissarı Adam Silver ABŞ prezidenti Donald Trampın administrasiyasının basketbolun inkişafına necə kömək edə biləcəyini izah edib.
Publika.az xəbər verir ki, bu barədə “Basket News” portalı Silverdən sitat gətirib:
“NBA-nın uzun müddətdir ki, oyunçularına onlar üçün vacib olan sosial mövzularda danışmağa icazə vermək ənənəsi var. Bu, Cozef Bayden administrasiyası dövründə dəyişməyib və Tramp administrasiyası dövründə də dəyişməyəcək. Ümid edirik ki, idman həm ABŞ-da, həm də beynəlxalq miqyasda birləşdirici gücə çevrilə bilər.
Maraqlıdır ki, prezident Tramp böyük idman həvəskarıdır. Bizi onunla, oyunçularımızla və bütövlükdə liqa ilə birləşdirən budur. Düşünürəm ki, kollec basketbolunda ciddi problemlər var. Mən inanıram ki, Tramp administrasiyası onları həll edə bilər.